http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - YENİLƏNİB 8

30 Avqust 2024 , 18:18
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - YENİLƏNİB 8

Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Operativ Media"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***

18:20

Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

17:21

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb. 

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

16:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. 
***

16:01

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

15:54

Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

***
15:22

Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Operativ Media" xəbər verir ki, barədə NİİM məlumat yayıb.

***
15:15

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

***
15:12

Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə "Operativ Media"ya vətəndaşlar məlumat verib.

Hadisənin görüntülərini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

XƏBƏR LENTİ
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
Menyu