http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

31 Avqust 2024 , 11:31
COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 29-30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində COP29 könüllüləri üçün “Eco Enacthon” layihəsi keçirilib.

"Operativ Media" xəbər verir ki, layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər.

Tədbirin ilk günündə könüllülər ixtisaslaşmış ekspertlər tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarəedilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarəedilməsi kimi praktiki mövzularda təlimlərdə iştirak ediblər.

Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqəsində öz tətbiqini tapıb.

Belə ki, “Eco Enacthon” yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könüllülər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini inkişaf etdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq kəsb edən layihələr qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub

OXŞAR XƏBƏRLƏR
Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu