http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Samir Şərifov: "Parlament seçkiləri şəffaf və ədalətli şəkildə həyata keçirilir"

01 Sentyabr 2024 , 11:40
Samir Şərifov: "Parlament seçkiləri şəffaf və ədalətli şəkildə həyata keçirilir"

Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib.

"Operativ Media" xəbər verir ki, o, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

"Zənnimcə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini təmsil edən namizədlər seçkilərdə iştirak edirlər. Bunun üçün lazımi şərait yaradılıb. Hesab edirəm ki, artıq Azərbaycanda müvafiq ənənələr mövcuddur. Bu baxımdan da hazırkı seçkilər də şəffaf və ədalətli şəkildə həyata keçirilir", - deyə nazir qeyd edib.

Xatırladaq ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu