http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Belarus MSK-nın sədri: Seçkilər yüksək əhvali-ruhiyyədə keçir

01 Sentyabr 2024 , 13:01
Belarus MSK-nın sədri: Seçkilər yüksək əhvali-ruhiyyədə keçir

Sentyabrın 1- də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, MSK sədri seçki prosesi barədə qonağı məlumatlandırıb. Məzahir Pənahov qeyd edib ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu nəzərə çatdırıb.M. Pənahov ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və seçki prosesini sərbəst şəkildə izlədiyini qeyd edib.

O, seçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. O, Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib.

Belarus MSK-nın sədri İ.Karpenko öz növbəsində MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. Seçkilərin yüksək əhvali-ruhiyyədə keçdiyini bildirən İ.Karpenko qeyd edib ki, insanlar səhər saatlarından etibarən məntəqələrə gələrək səsvermə hüququndan istifadə edirlər. O, baş çəkdiyi məntəqələrdə qanundankənar hər hansı neqativ halların müşahidə edilmədiyini diqqətə çatdırıb.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

XƏBƏR LENTİ
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
Menyu