http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Mətbuat Şurası: "Qaynar xətt" fəaliyyətini başa vurub

01 Sentyabr 2024 , 19:20
Mətbuat Şurası: "Qaynar xətt" fəaliyyətini başa vurub

Mətbuat Şurasının Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “qaynar xətt”i fəaliyyətini başa vurub.

Bu barədə "Operativ Media"a MŞ-dən məlumat verilib.

Bildirilib ki, gün ərzində səsvermə prosesini işıqlandıran media subyektlərinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə heç bir zəng daxil olmayıb. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan başa çatdığı 19.00-dək jurnalistlərin ixtiyarında olub.

Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavinləri Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, Vüqar Zifəroğlu 17 saylı Yasamal 3-cü seçki dairəsinin 18 saylı məntəqəsində, İH üzvləri - Əflatun Amaşov 21 saylı Birinci Nəsimi seçki dairəsinin 17 saylı məntəqəsində, Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 saylı məntəqəsində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Müşfiq Ələsgərli həmin dairənin 23 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aqil Ələsgər 70 saylı Neftçala seçki dairəsinin müxtəlif məntəqələrində prosesi izləyiblər. Onlar hansısa pozuntu faktı aşkarlamayıblar.

***

19:20

Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən nömrələrə saat 13.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.

Bu barədə "Operativ Media"a Şuradan məlumat verilib.

Bildirilib ki, (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.

Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

"Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bəlgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə edirlər:

"Hələlik MŞ sədri Rəşad Məcid 35 saylı Xətai üçüncü seçki dairəsinin 5-ci, 6-cı, 7-ci məntəqələrində, MŞ sədrinin müavini Səadət Məmmədova 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 32 saylı seçki məntəqəsində, İH üzvü Ceyhun Musaoğlu Abşeron rayonu 50 saylı üçüncü seçki dairəsinin 4 nömrəli məntəqəsində prosesi izləyiblər. Onlar hansısa pozuntu faktı aşkarlamayıblar", - deyə qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

XƏBƏR LENTİ
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
Menyu