http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

MDB müşahidəçilər missiyasının rəhbəri: Azərbaycanda seçkiləri izləmək üçün hər cür şərait yaradılıb

02 Sentyabr 2024 , 10:01
MDB müşahidəçilər missiyasının rəhbəri: Azərbaycanda seçkiləri izləmək üçün hər cür şərait yaradılıb

Azərbaycan hakimiyyəti növbədənkənar parlament seçkilərini izləmək üçün hər cür şərait yaradıb.

"Operativ Media" xəbər verir ki, bunu MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 33 müşahidəçidən ibarət missiya avqustun 13-dən seçki prosesinə müdaxilə etməmək prinsipinə uyğun olaraq seçkilərin monitorinqini həyata keçirib: “Monitorinq zamanı MDB-dən olan müşahidəçilər Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi, Ali Məhkəmə və digər dövlət qurumları ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Namizədlərlə də görüşlər keçirilib. Seçkilərin beynəlxalq müşahidəsi üçün bütün lazımi şərait yaradılıb”.

L.Anfimov Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini və seçki məntəqələri üzvlərinin peşəkarlığını xüsusi qeyd edib. Onun sözlərinə görə, MSK-nın iclaslarında iştirak edən missiya üzvləri onun şəffaflığını qeyd edirlər: “Mən Azərbaycan xalqını parlamentə seçki kampaniyasının başa çatması münasibətilə təbrik etmək istəyirəm. Ümid edirəm ki, parlamentin yeni tərkibi onun çiçəklənməsi üçün hər cür səy göstərəcək”.

OXŞAR XƏBƏRLƏR
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
Menyu