http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

MDB missiyası: Azərbaycanın 16 rayonunda seçki prosesini müşahidə etmişik

02 Sentyabr 2024 , 10:24
MDB missiyası: Azərbaycanın 16 rayonunda seçki prosesini müşahidə etmişik

Bakı, Gəncə, Naxçıvan, Şuşa, Xankəndi daxil olmaqla, Azərbaycanın 16 rayonunda seçki prosesi missiyamız tərəfindən müşahidə olunub. Bir sıra seçki məntəqələrində prosesi izləmişik. Seçki məntəqələri vaxtında açılıb, seçki prosesi şəffaf və yüksək şəraitdə baş tutub.

"Operativ Media" xəbər verir ki, bu fikirləri Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin birinci müavini Leonid Anfimov növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında səsləndirib.

Missiya rəhbəri onu da qeyd edib ki, bəzi müstəqil beynəlxalq müşahidəçilər seçki məntəqələrinin bəzilərində qanun pozuntularının olduğunu desələr də, bu çox az sayda baş verib. Belə hadisələrin vaxtında qarşısı alınıb və günahkarlar cəzalandırılıblar.

O həmçinin deyib ki, əlilliyi olan şəxslər üçün 2471 məntəqədə pandus quraşdırılmış, gözdən əlillər üçün isə trafaretlər hazırlanmışdı. Səslərin sayılmasına hazırlıq prosesini və protokolların sayılması prosesində də iştirak etməyə şərait yaradılmışdı. Missiyamız seçki prosesinin sakit şəraitdə keçdiyini və qanun pozuntularının aşkarlanmadığını müşahidə edib.

Qeyd edək ki, sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • Dünən
    23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • Dünən
    22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • Dünən
    22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • Dünən
    22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • Dünən
    21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • Dünən
    21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • Dünən
    21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • Dünən
    20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu