http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Bakıda qanunsuz fəaliyyət göstərən dönərxana aşkarlanıb

02 Sentyabr 2024 , 17:18
Bakıda qanunsuz fəaliyyət göstərən dönərxana aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda müntəzəm olaraq monitorinqlər həyata keçirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, aparılan monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, N.Rəfibəyli küçəsi 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Kamal oğluna məxsus dönərxanada bir sıra nöqsanlar aşkarlanıb.

Baxış zamanı iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub, həmçinin sanitar-gigiyenik qaydalara əməl olunmadığı, dondurucuda mal qonşuluğu prinsipinin pozulduğu, qida məhsullarının, əllərin, alət və ləvazimatların yuyulması prosesinin eyni yuma sahəsində həyata keçirildiyi, təmizlik avadanlıqları üçün ayrıca dolabın təşkil edilmədiyi, işçinin tibbi arayışının mövcud olmadığı, xüsusi geyim və fərdi mühafizə vasitələri (əlcək, önlük, saç toru və s.) ilə təmin edilmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu