http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri vəzifələrə təyin olunublar

02 Sentyabr 2024 , 17:31
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri vəzifələrə təyin olunublar

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Mədəniyyət Nazirliyinin Kino Agentliyində müxtəlif vəzifələrə təyin olunublar.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, avqustun 22-də Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Elman oğlu İsgəndərov Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Orxan İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Bir sıra, o cümlədən insan kapitalının idarə edilməsi üzrə “SHRM-CP” beynəlxalq dərəcəli sertifikatlara malikdir.

Dördüncü “Yüksəliş” müsabiqəsinin digər qalibi Seymur Elşad oğlu Hüseynov Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.

Seymur Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Türkiyənin Boğaziçi Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma proqramlarının məzunudur. Gənclər üçün Prezident Mükafatının laureatıdır.

 

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu