http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Formula 1" yarışının biletləri satışa çıxarılıb

02 Sentyabr 2024 , 20:30
"Formula 1" yarışının biletləri satışa çıxarılıb

Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün “Fan Zona Biletiləri” və” Konsert Biletləri” satışa çıxarılıb.

"Operativ Media" xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

Azarkeşlər "Formula 1"-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.

Həmçinin, bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.

13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.

"Formula 1" Azərbaycan Qran Prisinin möhtəşəm atmosferini yaşamaq və həyacanını birbaşa hiss etmək istəyənlər, “Fan Zona Bileti” və “Konsert Biletləri”ni əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasın-ın rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu