http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Xırdalanda intihar hadisəsinin qarşısını alıb

02 Sentyabr 2024 , 21:41
Xırdalanda intihar hadisəsinin qarşısını alıb

Bu gün Xırdalanda axşam saatlarında intihara cəhd hadisəsi olub.

FHN-dən "Operativ Media"a verilən məlumata görə, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsində eyvana çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-cı il təvəllüdlü Eldəniz Babazadə onsəkkizmərtəbəli binanın 18-ci mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində E.Babazadə intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu