http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Naxçıvanda ilk dəfə müsabiqə yolu ilə torpaq sahəsi mülkiyyətə verilib

03 Sentyabr 2024 , 10:53
Naxçıvanda ilk dəfə müsabiqə yolu ilə torpaq sahəsi mülkiyyətə verilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhər Əliabad bələdiyyəsinə məxsus 1 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı ilk dəfə torpaq müsabiqəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, məktəb və bağça binasının tikintisi məqsədilə müsabiqəyə çıxarılan torpaq sahəsinin müsabiqə prosesində qeydiyyatdan keçmiş 2 sifarişçi iştirak edib.

Əmlak Məsələləri Dövlət Xidmətində keçirilən müsabiqədə torpaq sahəsinə dair təkliflər sifarişçilər tərəfindən möhürlü zərflərdə komissiya üzvlərinə təqdim edilib. Qanunvericiliyə müvafiq olaraq möhürlü zərflər komissiya üzvlərinin iştirakı ilə açılıb və ən yüksək qiymət təklif edən sifarişçi müsabiqənin qalibi elan olunub.

Diqqətə çatdıraq ki, 26 sentyabr 2024-cü il tarixdə növbəti torpaq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Müsabiqə ilə bağlı elan Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytlarında yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu