http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Bakının Nizami küçəsində təmir işləri aparılır

03 Sentyabr 2024 , 15:29
Bakının Nizami küçəsində təmir işləri aparılır

Bakının Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, təmir işləri hazırda sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu