http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb

04 Sentyabr 2024 , 06:41
“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edən idmançılarımızın ilk qrupu vətənə qayıdıb.

"Operativ Media" xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan parataekvondo üzrə Azərbaycan milli komandasının üzvləri ümumilikdə 2 medal əldə ediblər. Belə ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl, digər parataekvondoçu Sabir Zeynalov isə bürünc medalını qazanıb.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.

Vətənə qayıdan paralimpiyaçılar Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrlə bağlı sevinc hisslərini bölüşüblər.

Azərbaycanı uğurla təmsil etdiklərinə, möhtəşəm qələbələr qazandıqlarına görə iftixar hissi keçirdiklərini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Paris-2024 Oyunlarına 7 idman növü üzrə 18 idmançı ilə yollanmışdı. İndiyədək yığma üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu