http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Öz zolağı ilə hərəkət etməyən avtobus sürücülərini hansı cərimələr gözləyir? - ARAŞDIRMA

04 Sentyabr 2024 , 12:32
Öz zolağı ilə hərəkət etməyən avtobus sürücülərini hansı cərimələr gözləyir? - ARAŞDIRMA

Sosial şəbəkələrdə bəzi avtobus sürcülərinin öz zolaqları boş olduğu halda digər zolaqlarla hərəkət etməsinə dair görüntülər yayılıb.

Öz zolağı ilə hərəkət etməyən avtobus sürücülərini hansı cərimələr gözləyir?

Məsələ ilə bağlı DİN-in Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev “Operativ Media”ya açıqlama verib. O bildirib ki, bu hallar qayda pozuntusudur:

“Sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatması üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib. Digər nəqliyyat vasitələri avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobus sürücüləri istədikləri halda digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu bəzən məcburiyyətdən etdiklərini bildirirlər.

Nəzərə almaq lazımdır ki, avtobus zolaqları 1.1 üfüqü nişanlanma xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun digər zolağa keçməsi, istər-istəməz həmin 1.1 yəni düz xətt üfüqü nişanlanma xəttinin tələbinin pozulması deməkdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə deməkdir. Avtobus zolağından çıxdığı halda istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu, onun qanundan yayınmasına əsas deyil. Avtobus sürücülərinin belə məcburiyyət hallarında qalmamaları üçün zolaqlara ciddi nəzarət edilir”.  

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtobus sürücülərinin digər nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan istifadə etməsi əksər hallarda qəza şəraiti yaradır:

Bu, sərnişindaşımada effektiv nəticə vermədi"

“Bu cəmiyyətdə bəyənilməyən və birmənalı qarşılanmayan addımdır. Digər nəqliyyat vasitələri tərəfindən avtobus zolağı zəbt olunduqda cərimə yazılır. Bu cərimə isə 100 manat və 2 bal olaraq nəzərdə tutulur. Amma avtobus zolaqlarından özlərinin istifadə etməməsi, bunun sosial şəbəkələrdə paylaşılması təəssüf doğurur. Avtobus sürücüsünün öz zolağından çıxaraq, digər nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan istifadə etməsi əksər hallarda qəza şəraiti yaradır. Həmin sürücülərin inzibati dərəcədə maarifləndirilməsinə ehtiyac var. 

Zolaqlardan istifadə edilmədiyinə görə, avtobus sürücülərinin vəsiqəsinin ləğv edilməsi ağır cəza olar. Bu kimi cəzaların verilməsini tövsiyyə etmirik. Sürücü məsuliyyətli olmalıdır. Onu bu qayda pozuntusuna sövq edən amil nədir? Nə üçün avtobus sürücüsü öz zolağından kənara çıxaraq həm özünün, həm də sərnişinin həyatını riskə atır? Bunun səbəbini tapmaq lazımdır.

Qaldı ki, avtobus sürücülərinə verilən 40 manat cəriməyə bu hər zaman yazıla bilər. Cərimənin məbləği önəmli deyil. 100 və ya 40 manat cərimədən asılı olmayaraq, əsas vətəndaşın təhlükəsizlik məsələsidir".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar

"Manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar. Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu