http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Rəşad Xalıqov: Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb

04 Sentyabr 2024 , 12:36
Rəşad Xalıqov: Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb

Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov “Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə deyib.

“Bizim digər dövlət məlumat sistemlərimiz də var. Bura sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrdəki sistemlər daxildir. “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa biometrik imza sistemi təşkil edilib. Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.

Həmçinin bu il məlumat mübadiləsi ilə bağlı layihəmizi bitirmişik, bu da, dövlət qurumlarına sənədləri rəqəmsal formatda mübadilə etmək imkanı verir. Bu ildən artıq məhkəmələri də bu işə cəlb etməyə başlamışıq”, - deyə Rəşad Xalıqov əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu