http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

BMT rəsmisi: "Rəqəmsal transformasiyanın risklərini nəzərə alaraq bərpa planları hazırlanmalıdır"

04 Sentyabr 2024 , 12:52
BMT rəsmisi: "Rəqəmsal transformasiyanın risklərini nəzərə alaraq bərpa planları hazırlanmalıdır"

Rəqəmsal transformasiya özü ilə müəyyən risklər də gətirə bilər və bunları artıq görmək mümkündür.

"Operativ Media" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Rəqəmsal Hökumət üzrə rəhbəri Vinçenzo Aquaro “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

"Dünyamız hələ də hibriddir və bu belə davam edəcək. Ona görə əsas məsələlərdən biri müxtəlif istiqamətlərdə aparılan rəqəmsal transformasiyanın insanlara yönəlik olmasıdır. Rəqəmsal transformasiyanın gətirdiyi risklər ilk növbədə data təhlükəsizliyi ilə bağlıdır. Bu, çox mühüm bir məsələdir. Çünki insanlar getdikcə kiber hücumlara daha da həssaslaşır. Ona görə də kibertəhlükəsizlik tədbirlərinin məhz zamanında həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Digər risk isə sistem uğursuzluğudur. Burada söhbət data itkisindən gedir. Ona görə də biz mütləq sağlam bir şəkildə bərpa planları üzərində işləməliyik. Bu fəaliyyətlər paralel olaraq aparılmalıdır. Bu kontekstdə bizim nə etməli olduğumuz məsələsi ortaya çıxır. İlk növbədə müəyyən tarazlıq tapılmalıdır. Müasir texnologiyalardan istifadə bu gün geniş vüsət alıb. Cəmiyyətin müxtəlif yaş kateqoriyalarında bunu müşahidə edirik. Uşaqlar belə smartfonlardan istifadə edirlər. Bu risklər ciddi şəkildə təhlil edilməlidir", - V. Aquaro bildirib.

Digər bir riskin iş yerlərinin robotlarla əvəz olunması ilə bağlı olduğunu deyən BMT rəsmisi bu prosesin nəticə etibarı ilə çoxlu sayda iş yerlərinin itirilməsi təhlükəsinə gətirib çıxara biləcəyini vurğulayıb: "Ona görə də biz artıq indidən yeni fürsətlərdən yararlanmaqla yeni iş yerlərinin yaradılması üzərində fəal şəkildə işləməliyik. Çalışmalıyıq ki, artıq işləyən bir sistemi lüzümsüz şəkildə dəyişməyək".

OXŞAR XƏBƏRLƏR
“Samsung” işçilərinin 30%-ni ixtisar edəcək - Reuters

“Samsung” işçilərinin 30%-ni ixtisar edəcək - Reuters

"iPhone 16"nın Azərbaycanda satışa çıxma tarixi açıqlanıb - Eksklüziv

"iPhone 16"nın Azərbaycanda satışa çıxma tarixi açıqlanıb - Eksklüziv

Qırğızıstanda helikopterlərin istehsalına başlanılıb

Qırğızıstanda helikopterlərin istehsalına başlanılıb

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu