http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb

04 Sentyabr 2024 , 14:23
Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb

Bakının Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissəinin uzunluğu 3 360 metr, ortalama eni isə 19 metr təşkil edir.

Təmir çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yolun profilə salınması, ardınca yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.

Təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Qeyd edək ki, Azadlıq prospektinin sözügedən hissəsinin asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
Menyu