http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Növbəti köç karvanı Şuşaya çatıb - YENİLƏNİB

05 Sentyabr 2024 , 14:30
Növbəti köç karvanı Şuşaya çatıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Sentyabrın 5-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

"Operativ Media" xəbər verir ki, bu gün 30 ailə olmaqla ümumilikdə 102 nəfər Şuşa sakini öz yurduna qovuşub. 

Bununla da Şuşa şəhərində 177 ailənin, yəni 672 ailənin daimi məskunlaşması təmin edilib.

 

***

06:53

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

"Operativ Media" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 5-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 30 ailə - 102 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Menyu