http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Formula 1 Azərbaycan Qran-Prisi müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq

05 Sentyabr 2024 , 10:01
Formula 1 Azərbaycan Qran-Prisi müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq

Paytaxtda keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi müddətində yarış həftəsi trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən "Operativ Media"ya verilən məlumata görə, yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri sentyabrın 9-dan 12-dək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Giriş nöqtələri:

Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.

M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.

S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.

Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.

Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:

Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində.

İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.

Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.

Belə ki, sentyabrın 9-10-11-də səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq. Sentyabr 12-dən sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
Menyu