http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

AQTA-da Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri ilə görüş keçirilib

05 Sentyabr 2024 , 14:20
AQTA-da Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində ölkəmizdə səfərdə olan bitki sağlamlığı üzrə Türkiyə Respublikasından olan mütəxəssislər və FAO-nun Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüş olub. 

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı qonaqlara Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinin tənzimlənməsinin, eləcə də zərərli orqanizmlərin risk qiymətləndirilməsinin cari vəziyyəti barədə məlumatlandırılıb. Eyni zamanda ölkəmizin FTPP II-də iştirakı çərçivəsində böhran vəziyyətlərdə bitki sağlamlığının qiymətləndirilməsi, xəbərdarlıq prosedurlarının və bu sahədə fövqəladə hallara cavab tədbirlərinin formalaşdırılması və virus xəstəliklərinin idarə edilməsi ilə bağlı məsələlər müzakirə olunub. İki ölkənin müvafiq qurumları arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
“Samsung” işçilərinin 30%-ni ixtisar edəcək - Reuters

“Samsung” işçilərinin 30%-ni ixtisar edəcək - Reuters

"iPhone 16"nın Azərbaycanda satışa çıxma tarixi açıqlanıb - Eksklüziv

"iPhone 16"nın Azərbaycanda satışa çıxma tarixi açıqlanıb - Eksklüziv

Qırğızıstanda helikopterlərin istehsalına başlanılıb

Qırğızıstanda helikopterlərin istehsalına başlanılıb

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu