http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bakı Gəmiqayırma Zavodunun istehsal həcmi artıb

05 Sentyabr 2024 , 16:27
Bakı Gəmiqayırma Zavodunun istehsal həcmi artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-nin istehsal həcmi artıb.

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, 2023-cü ilin I yarısında zavodun istehsal həcmi 8,3 milyon manat təşkil etmişdirsə, 2024-cü ilin I yarısında isə ötən ilin analoji dövrü ilə müqayisədə istehsal həcmi 3 dəfədən çox artmaqla 25 milyon manata çatmışdır. 

Hazırda zavodda 722 nəfər daimi işlə təmin edilib.

“Bakı Gəmiqayırma Zavodu” MMC Qaradağ Sənaye Parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyədək 73 milyon manatdan çox vəsaitə qənaət edib. 

Müəssisə müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu