http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Məhsulları Azərbaycana idxal olunan 1221 xarici qida obyekti reyestrə daxil edilib

06 Sentyabr 2024 , 17:13
Məhsulları Azərbaycana idxal olunan 1221 xarici qida obyekti reyestrə daxil edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən yüksək risk qrupuna aid qida və yem məhsulları istehsal olunan müəssisələrin reyestrə daxil edilməsi prosesini davam etdirir.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, proses çərçivəsində 2023-cü il yanvarın 1-dən indiyədək 33 ölkə üzrə 1221 müəssisə reyestrə daxil edilib. Bunlardan 368-i süd və süd məhsulları, 357-si balıq məhsulları, 171-i ət və ət məhsulları, 161-i yem və yem məhsulları, 100-ü quş əti, 64-ü digər heyvan mənşəli məhsullar istehsal edən müəssisələrdir. Bu obyektlərdən süd və süd məhsulları üzrə 192, ət və ət məhsulları üzrə 86, balıq məhsulları üzrə 82, quş əti üzrə 49, yem və yem əlavələri üzrə 39 olmaqla 448-i təsdiq edilib. Balıq məhsulları üzrə 275, süd və süd məhsulları üzrə 176, yem və yem əlavələri üzrə 122, ət və ət məhsulları üzrə 85, quş əti üzrə 51, heyvan mənşəli digər məhsullar üzrə 64 olmaqla 773 müəssisənin ekvivalentliyi tanınıb.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən müvafiq reyestrə daxil edilməlidir. Bununla bağlı həmin qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər. Müraciət əsasında həmin obyektlərin (fiziki və ya onlayn formatda yoxlama əsasında) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq obyekt ya təsdiq edilir, ya da təsdiqdən imtina olunur.

AQTA tərəfindən reyestrə daxil edilən yüksək risk qrupuna aid qida və yem məhsullarının istehsal olunduğu xarici qida obyektlərinin sayı və yerləşdiyi ölkələrlə AQTA-ın saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Xarici ölkələrdə fəaliyyət göstərən və ölkəmizə yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edən subyektlər və ya onların nümayəndələri bununla bağlı qeydiyyata alınaraq reyestrə daxil olmaq üçün AQTA-ya müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu