http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Gənclərdən ibarət cüdo yığması Azərbaycan cüdo tarixində ilkə imza atdı

06 Sentyabr 2024 , 19:31
Gənclərdən ibarət cüdo yığması Azərbaycan cüdo tarixində ilkə imza atdı

Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ikinci günündə cüdoçularımız daha iki qızıl medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, Vüsal Qələndərzadə (-73 kq.) və Süleyman Şükürov (-81 kq.) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Bu, Vüsal Qələndərzadənin gənclər arasında ikinci Avropa çempionluğudur. İlk dəfə 2022-ci ildə qitə çempionu olan 20 yaşlı idmançımız ötənilki Avropa çempionatında bürünc, Dünya çempionatında isə qızıl medal əldə edib.

Yeniyetmələrdən gənclərə bu il keçən və indiyədək gənclər arasında Avropa kuboklarında dəfələrlə qızıl medallar qazanan 18 yaşlı Süleyman Şükürov isə yarış ərzində yüksək performans nümayiş etdirdi. 

Beləliklə, hazırda aktivində 4 qızıl, 1 gümüş medal olan Azərbaycan milli yığması ümumkomanda hesabında 39 ölkə arasında birinci sırada qərarlaşıb. O cümlədən, ölkəmiz həm oğlanların, həm də qızların sıralamasında liderdir. 

Xüsusi qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 qızıl medal Azərbaycan cüdosu tarixində bir ilkdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

XƏBƏR LENTİ
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
Menyu