http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qobustan sakini Ağdaşda qətlə yetirilib

08 Sentyabr 2024 , 22:13
Qobustan sakini Ağdaşda qətlə yetirilib

Ağdaşa toya dəvət alan Qobustan sakini bıçaqlanıb. 

"Operativ Media" xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.

İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.

Toya dəvət alan İlkin İsgəndərli ilə digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib.

Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"a bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

XƏBƏR LENTİ
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
Menyu