http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Su kommunal borcu yüksək məbləğdə olan vətəndaşa hansı güzəştlər edilir?

09 Sentyabr 2024 , 17:00
Su kommunal borcu yüksək məbləğdə olan vətəndaşa hansı güzəştlər edilir?

Kommunal xidmətlərlə bağlı hər ay vətəndaşlara bildirişlər verilir. Bəzən ödənişlərin gecikdirilməsi və  vətəndaşın borcların yığılıb qalması halları qeydə alınır. Bəs abonentə su kommunal xidməti nə zaman dayandırıla bilər?

Mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Operativ Media”nın suallarını cavablandırıb.

Borc nə qədər olanda və ya neçə müddət ödənilmədikdə vətəndaşın kommunal xidməti kəsilir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan İstifadə Qaydaları”na əsasən, abonentlərə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsait barədə bildiriş təqdim edilir. Bildirişlərdə borcun 1 ay müddətində tam ödənilməli olması barədə xəbərdarlıq edilir, eyni zamanda onların diqqətinə çatdırılır ki, içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri vaxtında və tam ödənilmədikdə su təchizatı müəssisəsi tərəfindən suyun verilməsi dayandırılır.

Abonent ödənişi gecikdirdikdə və ya ümumiyyətlə ödəmədən imtina etdikdə qanunvericiliyin tələblərinə əsasən istehlakçının su təchizatı dayandırılır”.

Abunentin borcu yüksək məbləğdə olarsa bu zaman vətəndaşa hansı güzəştlər edilir?

“Borcların birdəfəlik ödənilməsi abonentin maddi imkanı xaricindədirsə, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonentlər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşıb şəxsiyyət vəsiqəsi və abonent kodunu təqdim edib borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalayır. Protokol imzaladıqdan sonra borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim  olunur və bu zaman abonentin su təchizatı dayandırılmır.

Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”

Borc ödənildiyi halda suyun verilməsi nə zaman bərpa edilir?

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.8-ci bəndinə əsasən suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən suyun verilməsi bərpa edilməlidir”, - deyə qurumdan bildirilib.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu