http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Prokurorluq işçisi yüksək vəzifəyə təyin edilib

09 Sentyabr 2024 , 17:01
Prokurorluq işçisi yüksək vəzifəyə təyin edilib

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Əhmədov Mübariz Hüseyn oğlunun Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 9 sentyabr 2024-cü il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyev tərəfindən Mübariz Əhmədova göstərilən yüksək etimad ilə bağlı səmimi təbriklərini çatdırıb, ona prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Mübariz Əhmədov çıxış edərək prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə minnətdarlığını bildirib.
 
Görüş zamanı Baş prokuror və digər tədbir iştirakçıları Mübariz Əhmədova təbriklərini çatdırmaqla, onunla bağlı xoş xatirələrindən söz açıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu