http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Mercedes”in baş yarış mühəndisi Bakıdakı çətinliklərdən danışıb

10 Sentyabr 2024 , 06:49
“Mercedes”in baş yarış mühəndisi Bakıdakı çətinliklərdən danışıb

“Mercedes” komandasının baş yarış mühəndisi Endryu Şovlinin sözlərinə görə, unikal şəhər trassı Bakıda onları müəyyən çətinliklər gözləyir. Lakin komanda mövsümün final hissəsinin bütün yarışlarında mümkün qədər yaxşı çıxış etmək niyyətindədir.

“Bakıdakı trassın vəziyyətini təxmin etmək həmişə çox çətin olub. Bu, olduqca qeyri-adi bir şəhər halqasıdır, çünki onun çox dar, dolanbac və yavaş ikinci sektoru var. Ardınca isə uzun bir düzlük var.

Həftəsonu yarışın gedişinə təsir edəcək çoxsaylı insidentlər mümkündür, çünki belə bir trasda sürücü asanlıqla səhv edə bilər, bu da təhlükəsizlik avtomobilinin görünməsinə səbəb olacaq və hər şeyi qarışdıracaq.

Amma bu il başqa bir çətinlik var: istənilən trasda qüvvələr balansı elə ola bilər ki, ən azı üç və ya dörd komanda bir-birinə yaxın olsun. Bu da sıralanma nəticələrinin necə olacağını və kimin yarışda hansı tempə qadir olacağını təxmin etməyi çox çətinləşdirir.

Komandamız mövsümün final hissəsinin bəzi yarışlarında qələbələrə iddialıdır. Ümid edirəm ki, kuboklar qazana bilərik”, – deyə Şovlin qeyd edib

OXŞAR XƏBƏRLƏR
Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

XƏBƏR LENTİ
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
Menyu