http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Bakıda tıxac problemi: İctimai nəqliyyatın təkmilləşdirilməsi şərtdir

10 Sentyabr 2024 , 15:10
Bakıda tıxac problemi: İctimai nəqliyyatın təkmilləşdirilməsi şərtdir

Artıq Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Əvvəllər sadəcə günün pik saatlarında tıxaclar  yaranırdısa, indi isə günün istənilən vaxtında vətəndaş tıxac problemi ilə üz-üzə qalır. Bildiyimiz kimi, gələn həftədən Azərbaycanda yeni tədris ili başlayır. Eyni zamanda 13-15 sentyabr tarixlərində baş tutacaq “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədi ilə paytaxtın bir neçə yolu nəqliyyata bağlı olacaq.

Bəs Bakının küçə və prospektlərində ucu-bucağı görünməyən tıxacların qarşısı necə alınmalıdır. Bakıda tıxac yaradan əsas amillər hansılardır?

Məsələ ilə bağlı "Operativ Media"ya danışan Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, tıxacların yaranmasının əsas səbəbini avtomobillərin çoxluğu ilə əlaqələndirmək doğru deyil:

Picture background

“Hazırda Bakı şəhərində yaranan tıxacların əsas səbəbi avtomobillərin çoxluğu deyil. Yolların kifayət qədər olmamasıdır. Avtomobilin rahat hərəkət etməsi üçün rahat yol infratsrukturu olmalıdır. Ancaq bu halda düzgün avtomobil axınını təmin etmək olar. Bakı şəhərində demək olar ki, hər gün müxtəlif tədbirlər keçirilir. Şəhərin mədəni həyatı şox zəngindir. Dünyanın müxtəlif ölkələrindən şəhərimizə qonaqlar gəlir. Bakı eyni zamanda paytaxt və iri sanayə şəhəridir. Bu xüsusiyyətlər yol infrastrukturu qurularkən nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, Bakıda qeydiyyatda olan avtomobillərin bir hissəsi bölgələrdə istismar edilir:

“Azərbaycan əhalisi 10 milyondan çoxdur. Amma ölkədə 1 milyon 300 min avtomobil var. Bu ümumi nisbətdə 13 faizə bərabərdir. Əgər 10 milyon əhaliyə 5 milyon avtomobil düşsə idi o zaman deyə bilərdik ki, Azərbaycan da avtomobil sayı çoxdur. Əslində isə heç paytaxt Bakıda da avtomobil sayı çox deyil. Bakıda təxminən 600 - 700 min avtomobil qeydiyyatdadır. Amma qeydiyyatda olan avtomobillərin 50 faizi də bölgələrdə istismar olunur. Biz bu gün istənilən bölgəyə getsək görərik ki, orada istismar olunan avtomobillərin bir çoxu Bakı qeydiyyatındadır. Yəni Bakıda qeydiyyatda olan avtomobillər elə Bakıda istismar edilmir. Buradan belə nəticəyə gəlmək olar ki, 5 milyon əhalisi olan Bakı şəhərində 400 min avtomobil istismar olunur. Bu isə olduqca az rəqəmdir.”.  

E.Cəfərov Azərbaycanda tıxac yaradan ən böyük problemin ictimai nəqliyyatın şaxələndirilməməsində görür:

Picture background

“Vaxtı ilə paytaxt Bakıda nizamsız tikililər yaradılıb, ictimai nəqliyyat şaxələndirilməyib. Hətta ictimai nəqliyyatın şaxələndirilməsi əvəzinə tramvaylar, trolleybuslar ləğv olundu. Piyada səkiləri və avtomobil yolları zəbt olunaraq orada müxtəlif obyektlər tikildi. Bakı şəhərində körpülərin tunellərin, yol ötürücülərin tikinti işləri zamanı əhali sayının artımı və avtomobil sayı nəzərə alınmayıb. Biz bu gün onların nəticələri ilə üz-üzəyik. İlk növbədə ictimai nəqliyyat şaxələndirilməlidir. Bakı şəhərində mümkün olan ərazilərə tramvay xəttləri çəkilməlidir. Vətəndaş üçün şərait yaradılmalıdır ki, fərdi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə etsin”.

Ekspert yeni metrostansiyaların tikinti işlərinin ləng getdiyini vurğulayıb:

Picture background

Digər bir məsələ Bakı metrosuna yeni qatarların gətirilməsidir. Metrostansiyalarda interval daha da aşağı salınmalıdır. Yeni stansiyalar tikilməlidir. Bakı şəhərində yeni metrostansiyaların tikinti işləri ləng gedir. Halbuki qonşu ölkələrdə hər il yeni stansiyaların açıldığına şahid oluruq. İctimai nəqliyyatın avtobus seqmenti ilə bağlı obyektiv olaraq deyə bilərəm ki, hazırda bu sahədə bir sıra işlər görülür. Artıq payızda Bakıya 160 ədəd yeni ekoloji təmiz avtobus gətiriləcək. Daha 200 avtobus təmir edilərək istismara buraxılacaq. Bu da əlbəttə ki, müsbət addımdır”.

Bakı ətrafına gedən qatarların vəziyyəti necədir? 

“Bakı ətrafı kəndlərə və qəsəbələrə qatar yolları necə salınacaq və mövcud qatarların sayı barədə təəssüf ki, heç bir məlumat yoxdur. Bu gün hər kəs avtobuslardan və taksilərdən şikayətçidir. Amma metro və qatarlar yaddan çıxıb. Bir neçə il əvvələ qədər tramvaylar və trolleybuslar mövcud idi. Onların yenidən bərpası ilə bağlı müzakirələr aparılmalıdır. Konkret tarix açıqlanmalıdır ki, bu ərazilərə tramvay xətləri çəkiləcək. Bu tramvay xəttləri səmərəli olacaqmı, yoxsa sadəcə dekorativ xarekter daşıyacaq? Tramvay xətləri turistlərin şəkil çəkdirməsi üçün çəkilirsə, bu bizə lazım deyil.  Tramvay xətti məhsuldar, Bakı şəhərinin əhalisini səhər işə, axşam isə evə çatdıran marşrut olmalıdır”.

Nəqliyyat eksperti Ərşad Hüseynov bu sahədə olan dünya təcrübəsindən danışıb:

Picture background

“Dünyanın bütün ölkələrində sübut olunub ki, ən təhlükəsiz, iqtisadi baxımdan ən əlverişli nəqliyyat ictimai nəqliyyatdır. İnsanın avtobusda xəsarət alma ehtimalı, fərdi avtomobilə nisbətən dəfələrlə aşağıdır. Fərdi avtomobillərlə səyahət etmək bahadır. Çünki nəqliyyat vasitəsinin özü, ona olan texniki qulluq, yanacaq, parklanma yerləri bahadır.

Dünyanın bir sıra ölkələrində ictimai nəqliyyata sosial xidmət kimi baxırlar. Yəni bu ölkələrdə heç kimin ictimai nəqliyyatdan çoxlu pul qazanmaq kimi hədəfi olmur.

İlk növbədə ictimai nəqliyyat dəqiq qrafiklə işləməlidir. Misal üçün vətəndaş bilməlidir ki, hər gün 08:10 avtobus keçir. Bu avtobusa minib, problemsiz işə gedəcək. Bəzən vətəndaş dəqiqələrlə avtobus gözləməli olur. Bu artıq ictimai nəqliyyat deyil. Bu, xaosdur.

İctimai nəqliyyat şəhərin hər yenini əhatə etməlidir. Vətəndaş bəzən avtobus dayanacağına getmək üçün nə qədər məsafə qət etməli olur. Bundan əlavə düzgün və geniş metro şəbəkəsi yaradılmalıdır. Bu komponentlərin hər biri olanda ictimai nəqliyyat daha cəlbedici görsənir.

Əslində ictimai nəqliyyatı daha əlverişli etmək üçün fərdi avtomobillərə biraz çətinliklər yaradılır. Avtobuslar üçün çəkilən xüsusi zolaqlara avtomobillər daxil ola bilmir. Daxil olduqları zaman cərimələnirlər. Bu yolla əslində vətəndaşa deyilir ki, tıxaca düşmək istəmirsinizsə, ictimai nəqliyyatdan istifadə edin”.

Dünyanın bir neçə ölkəsində uzunmüddətli gediş biletləri tətbiq olunur. Misal üçün vətəndaş bilet alır və onunla Bakı şəhərindəki bütün nəqliyyat vasitələrindən altı ay müddətində istifadə edə bilir. Hazırda bizdə minimum gediş haqqı 50 qəpikdir. Amma bu biletlər sayəsində gediş haqqı qityməti 20 qəpik belə ola bilər. Bu tədbirlərin birini edib, digərini etməmək problemi həll etmir".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sentyabrın 2-nə aid olan məlumatına görə, avtobus zolaqları ilə gün ərzində 900 minə yaxın sərnişinin rahat və maneəsiz daşınması təmin edilir:

Picture background

Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.

Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir, 898 550 ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

Bu gün avtobuslarla 1 215 681 sərnişinin daşınması həyata keçirilir. Ötən illə müqayisədə marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 7% artım müşahidə edilir.

Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.

"Bakı Metropoliteni" QSC-dən "Operativ Media"ya bildirildi ki, hazırda "Bakı Metropoliteni"nində tikinti işləri gedən yalnız bir stansiyası var:

Picture background

"Hazırda "Bakı Metropoliteni"ni tikinti işləri gedən yalnız bir stansiyası var. Bu Bənövşəyi xəttin B04 olan stansiyasıdır. Bakı şəhərinin baş planı 2023 ilin dekabrnda təsdiq olunub. Həmin plana uyğun olaraq 2040-ci ilə qədər yeni stansiyaların inşası ilə bağlı prioritetlər müəyyən olunub. Bu prioritetlərə uyğun olaraq, əsas məsələlər həllini tapmalıdır. Bu istiqamətdə hazırda işlər aparılır".  

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu