http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Rüfət Abbasov: "Qol buraxdıqdan sonra həvəsdən düşdük"

11 Sentyabr 2024 , 12:38
Rüfət Abbasov: "Qol buraxdıqdan sonra həvəsdən düşdük"

U-21 yığmamızın və “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov Serbiya ilə matçdan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

– İlk öncə oyun haqda fikirlərini öyrənək.

– Oyuna yaxşı başlamışdıq. 3 xal qazanmaq istəyirdik. Qol fürsətləri yaratmağı bacardıq, lakin bunlardan yararlana bilmədik. Məncə, biz daha üstün oynadıq. Fərdi səhvlər nəticəsində məğlub olduq.

– Çıxışından razı qaldın?

– Əlimizdən gələni etməyə çalışdıq. Milli üçün can qoyuruq və yalnız qələbə istəyirik.

– Ötən matçda da Lüksemburqa məğlub olmuşdunuz. Səncə, həmin nəticənin bugünkü oyuna təsiri oldu?

– Məğlub olanda istər-istəməz bunu düşünürsən. Həmin nəticəni unutdurmağa çalışırdıq. Matçdan öncə Lüksemburqa yenilgini yaddan çıxarıb, bu görüşə köklənmişdik. Heyf ki, alınmadı və məğlub olduq.

– Real qol epizodu yaratmışdın. Fərqlənməyinə nə mane oldu?

– Qola çox yaxın idim, bəxtim gətirmədi. Sonda top qapıçıya toxundu və fərqlənə bilmədim.

– Millimiz matça yaxşı başlamışdı. Amma 20-ci dəqiqədən sonra sanki oyun planımız itdi. Sona qədər belə oynamağa gücümüz çatmadı, yoxsa rəqib imkan vermədi?

– Qol buraxdıqdan sonra həvəsdən düşdük. Buna baxmayaraq, hücumlarımızı davam etdirdik. Hətta ikinci hissədə penalti də qazandıq, lakin bundan da istifadə edə bilmədik

OXŞAR XƏBƏRLƏR
Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

XƏBƏR LENTİ
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
Menyu