http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO

11 Sentyabr 2024 , 16:52
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsində təmir işləri aparır.

"Operativ Media" agentliyə istinadən xəbər verir ki, şosse boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Aparılan təmir işləri ilə sözügedən şosenin şəhərdən çıxış istiqamətində olan hissəsi üzrə artıq bu problem aradan qaldırılıb.

Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib.

Analoji işlər hazırda yolun “Lökbatan dairəsi” adlanan hissəsində davam etdirilir.

Növbəti mərhələdə təmir işləri sözügedən şosenin şəhər mərkəzi istiqamətində olan hissəsi üzrə davam etdiriləcək.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.

"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu