http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

FHN Akademiyasının internet informasiya resursu istifadəyə verilib

11 Sentyabr 2024 , 18:34
FHN Akademiyasının internet informasiya resursu istifadəyə verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının internet informasiya resursu (www.fhna.edu.az) istifadəyə verilib.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, müasir dizayn və yüksək texniki imkanları özündə birləşdirən internet informasiya resursunun proqram təminatı müvafiq dövlət qurumlarının müəyyən etdiyi meyarlara uyğun hazırlanıb. Bu, istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etmək və saytın etibarlılığını artırmaq məqsədini daşıyır.

İstifadəçi rahatlığını nəzərə alaraq müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanmış internet informasiya resursu quruluş və məzmun baxımından da istifadəçilər üçün rahatlığı ilə fərqlənir. İnternet informasiya resursunda Akademiyanın fəaliyyəti, mövcud fakültələr, kafedralar, kitabxana, elanlar, qəbul və digər sahələr haqqında ətraflı və asan əldə edilə bilən məlumatlar təqdim olunur. Bu məlumatların əhatəliliyi və əlçatanlığı istifadəçilərə Akademiyanın fəaliyyətinin müxtəlif aspektlərini daha yaxşı başa düşməyə kömək edir.

İnternet informasiya resursunun bir neçə dildə daim yenilənməsi nəzərdə tutulub ki, bu da xarici istifadəçilərin məlumatları asanlıqla əldə etmələrini təmin edir. İnternet informasiya resursunda “Heydər Əliyev Mərkəzi”, “Akademiya həyatı”, elmi-tədqiqat, fotoqalereya bölmələri də mövcuddur. Bu bölmələr Akademiyanın fəaliyyətini vizual olaraq təqdim edir və ictimaiyyəti Akademiyanın yenilikləri ilə tanış edir. İnternet informasiya resursunda Akademiyanın elmi jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib.

Yeni tədris ilində istifadəyə verilən internet informasiya resursu ümumilikdə Akademiyanın fəaliyyətini daha şəffaf və əlçatan edəcək, həmçinin vətəndaşların Akademiya ilə əlaqəsini daha da asanlaşdıracaq.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu