http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Bravo” istehlakçıların hüquqlarını pozduğu üçün cərimələnib

12 Sentyabr 2024 , 09:59
“Bravo” istehlakçıların hüquqlarını pozduğu üçün cərimələnib

"Bravo” supermarketlər şəbəkəsinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC istehlakçıların hüquqlarını pozduğu üçün cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cü (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, istehlakçıların hüquqlarının pozulmasına görə fiziki şəxslər 150 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

XƏBƏR LENTİ
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
Menyu