http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsinə start verilib

12 Sentyabr 2024 , 14:45
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsinə start verilib

12 sentyabr tarixindən etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.

Peşə Təhsili Üzrə Dövlət Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

12 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 13 sentyabr saat 18:00-dək davam edəcək.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:

Şəxsi kabinetinə daxil olunur.

“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.

“Müraciət et” bölməsinə daxil olunur.

Şəxsi məlumatlar daxil edilir.

Əvvəlki təhsil məlumatları daxil edilir

Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.

Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 14 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Menyu