http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“Kraken” variantı nədir, necə yayılır?

12 Yanvar 2023 , 23:46
“Kraken” variantı nədir, necə yayılır?

XBB.1.5 (Kraken) variantı nədir, necə yayılır, simptomları varmı? 

"Operativ Media" xəbər verir ki, ötən il ilk dəfə aşkar edilən yeni "Covid" variantı qısa müddətdə ABŞ-da dominant ştama çevrilərək "kraken" variantı kimi tanınıb. Yeni variantın xüsusiyyətləri, yoluxuculuğu və simptomları maraq doğurur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, XBB.1.5 (kraken) variantı 30-a yaxın ölkədə aşkar edilib. 

XBB.1.5 NƏDİR?

XBB.1.5 "omicron" variantının başqa qoludur.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, XBB.1.5 indiyə qədər "ən yoluxucu" "Covid" variantıdır.

Bununla belə, ÜST indiyə qədər onun əvvəlki "Omicron" variantlarından daha ciddi və ya zərərli olduğuna dair heç bir əlamətə rastlanmadığını, lakin araşdırmaların aparıldığını bildirib.

XBB.1.5 VARIANT HANSI ÖLKƏLƏRDƏ YAYILIB?

Hindistanda ortaya çıxan variant ABŞ-da sürətlə yayılmağa başlayıb. Son iki ay ərzində Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin rəqəmləri göstərir ki, XBB.1.5 variantı hazırda ABŞ-da yoluxma hallarının 40%-dən çoxunu təşkil edir. Yoluxma Azərbaycanla qonşuluqda, Gürcüstan və Rusiyada da qeydə alınıb. Rusiya Səhiyyə Nazirliyi bildirib ki, bu variant üçün üçüncü doza vaksin kifayət etməyə bilər.

XBB.1.5 ƏLAMƏTLƏRİ NƏDİR?

Kraken hərarət və öskürəklə meydana çıxır. Boğaz ağrısı, baş ağrısı, burun tutulmasına çox rastlansa də, əzələ və bel ağrıları kraken variantının ən diqqət çəkən əlamətləri arasındadır. XBB.1.5-in simptomlarının əvvəlki "Omicron" alt tiplərinə oxşar olduğu düşünülür, lakin bunu təsdiqləmək hələ tezdir.

Hazırda dünya gündəmində olan kraken variantı ilə bağlı səhiyyə təşkilatlarının araşdırmaları davam edir.

 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XƏBƏR LENTİ
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Menyu