http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib

13 Sentyabr 2024 , 11:19
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə gecə təlimi keçirilib.

FHN-in Mətbuat xidmətindən "Operativ Media"-ya verilən məlumata görə, təlim FHN-in Aran Regional Mərkəzinin hazırlıq planına, eləcə də Mərkəzlə Yevlax rayon Polis Şöbəsi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsi arasında təsdiq olunmuş Qarşılıqlı Fəaliyyət Planına uyğun olaraq keçirilib. Təlimdə göstərilən qurumların müvafiq qüvvə və vasitələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, qəzaya uğramış avtomobildə zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə “qəza etmiş avtomobildə sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri“ təxliyə edərək “aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
Menyu