http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mənzil alarkən ƏDV-nin bir hissəsi necə geri qaytarılır?

13 Sentyabr 2024 , 12:45
Mənzil alarkən ƏDV-nin bir hissəsi necə geri qaytarılır?

Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

Bəs bu proses necə həyata keçirilir? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Operativ Media”nın sualları cavabladırıb:

Daşınmaz əmlak alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması bütün mənzilllərə şamil edilir?

“Mənzil alarkən ƏDV-nin bir hissəsi geri qaytarılması bütün mənzillər üçün nəzərdə tutulmayıb. Əgər vətəndaş öz evini satırsa burada ƏDV-nin qaytarılmasından söhbət gedə bilməz. MTK və MMC-lərdən alınan evlərdə ƏDV-nin bir hissəsi geri qaytarılır. Qısacası vətəndaş mənzili inşa edən şirkətdən alırsa, bu zaman ƏDV-nin bir hissəsini geri qaytarıla bilər”.

ƏDV-nin bir hissəinin geri qaytarılması zamanı ödəniş necə aparılmalıdır?

“Mənzil alarkən ƏDV-nin bir hissəsi geri qaytarılması zamanı ödəniş köçürmə yolu ilə həyata keçirilməlidir. Vətəndaş əgər evi hissə-hissə daxili kreditlə alırsa, tam şəkildə məbləğ ödənildikdən sonra ƏDV-nin bir hissəsini almaq hüququ əldə edir. Əgər vətəndaş ipoteka krediti götürüb, mənzilin qiymətini dərhal ödəyirsə, bu zaman ƏDV-nin bir hissəsini də dərhal ala bilər”.

Bu zaman proses necə həyata keçirilir?

“ƏDV-nin bir hissəsini almaq üçün istehsalçı sirkət vətəndaşın elektron hesabına elektron qaimə göndərməlidir. Bundan sonra vətəndaş elektron qaimə hesabını təsdiq edir. Bank yolu ilə mənzilin məbləğini ödəyir. Bu zaman məbləğin ƏDV hissəsi ƏDV hesabına, əsas məbləğ isə, əsas məbləğ hesabına köçürülür. Bu prosedurlardan sonra vətəndaşın ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ əldə etmiş olur. Burada diqqət etməli olduğumuz məqəm evin məbləğinin yox, ƏDV-nin 30 faizinin vətəndaşa qaytarılmasıdır. Bəzən vətəndaş bunu yalnış başa düşür. Elə bilir ki, evin dəyərinin 30 faizi ƏDV yolu ilə qaytarılır.

Ekspert son olaraq prosesi misal üzərində izah edib:

“Tutaq ki, daşınmaz əmlakın ƏDV-siz dəyəri 100 min manatdır. ƏDV ilə birlikdə onun dəyəri 118 min manat olur. Burada 18 min manat evin ƏDV-sini təşkil edir. Yəni vətəndaşın 18 min manatın 30 faizini əldə etmək hüququ var. 18 min manatın 30 faizi isə 5400 manat təşkil edir. Bu məbləğdən müəyyən qədər bank xərcləri də tutulur. Vətəndaşa mənzil alarkən ödədiyi ümumi məbləğin 4.5 faizdən bir qədər çox hissəsini ƏDV kimi geri qaytarılır”.  

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

XƏBƏR LENTİ
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
  • 16:42

    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
  • 16:40

    Prezident neft sənayesi işçilərini təltif edib
    Prezident neft sənayesi işçilərini təltif edib
  • 16:38

    İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
Menyu