http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

13 Sentyabr 2024 , 15:45
Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkı dövlət başçısının 14 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən yaradılıb. Parkın əsas fəaliyyət istiqaməti ölkədə əczaçılıq sənayesinin inkişaf etdirilməsidir.

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, Sənaye Parkı fəaliyyətə başladığı andan etibarən ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.

Hazırda Sənaye Parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.

Rezidentlər tərəfindən indiyədək Sənaye Parkına 40 milyon manatdan artıq investisiya yatırılıb, 140-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 80 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

İndiyədək Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən 53 milyon manatlıq satış həyata keçirilib. Həmçinin bu ilin birinci yarısında Sənaye Parkında 7,5 milyon manatlıq məhsul satışı edilib. Hazırda Sənaye Parkında rezidentlər şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, Diabeton MR və s. məhsulların istehsalı həyata keçirilir. Növbəti mərhələdə rezidentlər tərəfindən Sənaye Parkında şəkəri təyin edən cihazların, birdəfəlik üçkomponentli şprislərin, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsullarının, bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin və s. istehsal ediləcək.

İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib. Növbəti mərhələdə Sənaye Parkında istehsal olunan məhsulların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdə tutulur. 

Pirallahı Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Parkın rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən bir çox layihələrə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılır. Əsasən müraciətlər dərman istehsalı sahəsindədir.

Rezidentlər tərəfindən müasir texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən dərmanların istehsalı həyata keçirilir. Əsasən texnologiyalar, Almaniya, İtaliya Türkiyə, İsveçrə kimi qabaqcıl ölkələrə məxsusdur.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Menyu