http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

14 Sentyabr 2024 , 09:44
İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Operativ Media" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, “Xəqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

 

Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.

***

08:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Müdafiə Nazirliyi "Qisas" əməliyyatından görüntülər yaydı - VİDEO

Müdafiə Nazirliyi "Qisas" əməliyyatından görüntülər yaydı - VİDEO

Rəsmi Bakı: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır

Rəsmi Bakı: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır

XƏBƏR LENTİ
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
Menyu