http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

İşğaldan azad olunmuş torpaqlarda çox sayda silah-sursat aşkarlanıb

14 Sentyabr 2024 , 10:29
İşğaldan azad olunmuş torpaqlarda çox sayda silah-sursat aşkarlanıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 7-13 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 5 avtomat silahı, 4 tapança, 6 tüfəng, 13 qumbara, 16 alışdırıcı, 5 süngü-bıçaq, 20 patron darağı, 679 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 1 qumbara, 1 alışdırıcı, 196 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən 1 qumbaraatan və 5 ədəd mərmi, Tərtər rayonu ərazisindən 1 qumbaraatan, 6 patron darağı, 180 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonunun Muğanlı kəndi ərazisindən 51 mərmi, 243 qumbara, 28780 ədəd müxtəlif çaplı patron, 58 barıt atımı, 62 alışdırıcı, Ağdam rayonunun Papravənd kəndi ərazisindən 2 avtomat, 5 mərmi, 55 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, Qubadlı rayonunun Qaraağacı kəndi ərazisindən 1 avtomat, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
Menyu