http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

FHN BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

14 Sentyabr 2024 , 12:08
FHN BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işlərini davam etdirir.

FHN-nin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, bu çərçivədə, NRFTDA tərəfindən BP şirkəti və onun podratçı təşkilatlarında çalışan ionlaşdırıcı şüalanma ilə işləyən işçilər üçün “Sənayedə radiasiya qəzaları” adlı təlim keçirilib.

 

Təlim nəzəri və praktiki hissələrdən ibarət olub.

Nəzəri hissə çərçivəsində NRFTDA-nın rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər barədə məlumat verib və sənayedə radiasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib.

Agentliyin Nüvə və radiasiya qəzaları şəraitində idarəetmə sektorunun müdiri Baba Babayev radiasiya qəzaları, o cümlədən sənayedə rast gəlinən radiasiya qəzaları və bu zaman zəruri davranış qaydaları, qəzaya hazırlıq və nəticələrinin aradan qaldırılması tədbirləri, qəza zamanı ilk yardımın göstərilməsi və s. mövzuları əhatə edən təqdimatla çıxış edib.

Təlimin praktik hissəsində şərti olaraq baş vermiş güclü yanğın nəticəsində radioizotop cihazının qoruyucu örtüyünün “zədələnməsi” nəticəsində radioaktiv mənbədə “sızmanın” baş verməsi və ətrafa “səpələnməsi” halı üzrə simulyasiya həyata keçirilib.

Tədbir zamanı, həmçinin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdir müavini Aygün Qarayeva iştirakçıları maraqlandıran suallarlı cavablandırıblar.

Uğurla keçən təlimin sonunda Agentlik tərəfindən hazırlanmış “Radiasiya qəzaları və onlardan qorunma tədbirləri” adlı poster iştirakçılara təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 06:01

    Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB
  • 05:55

    Fransa təhlükəsizlik qüvvələrinin əməkdaşları Yeni Kaledoniyada daha bir nəfəri öldürüb
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
Menyu