http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Dövlət Su Ehtiyatları Agentliyi Formula 1 yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

14 Sentyabr 2024 , 21:09
Dövlət Su Ehtiyatları Agentliyi Formula 1 yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Bakıda keçirilən 8-ci Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Operativ Media"ya bildirilib ki, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trasboyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi açıqlamaya görə, komissiya yarışlar ərəfəsində xüsusən 13-15 sentyabr tarixlərində daha mükəmməl fəaliyyətin təşkili məqsədilə xidmətin cavabdeh sahələrini müxtəlif təlim-məşq toplantılarına cəlb edib.

“Təcrübi təlimlər yarışların gerçəkləşəcəyi ərazilərə cavabdeh olan paytaxt rayonlarının sukanal sahələrində, Nəqliyyat və Xüsusi Texnika İdarəsində, müvafiq qrupların idarə olunmasına məsul şəxslər arasında keçirilib. Xidmətin rəhbər heyətinin iştirakı ilə keçirilən təlimlərdə verilən tapşırıqlar, icra olunan fəaliyyət hazırda daha yüksək səviyyədə tətbiq edilir. Trasboyu ərazilərdə fasiləsiz iş rejimi ilə çalışan Səbail, Nəsimi, Yasamal, o cümlədən Bakı sukanal idarələrinin təmsilçiləri öhdələrinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirirlər. Öncədən də əminliklə vurğulandığı kimi, təlim-məşq tədbirləri yarışların keçirildiyi ərazilərdə qüsursuz xidmətə təkan olub”,- deyə Ceyhun Musaoğlu bildirib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları Formula 1 yarışlarında 130 işçi heyəti ilə təmsil olunur. Onlar 16 dislokasiya nöqtələrində vəzifələrini icra edirlər.

Xətlərin, şəbəkələrin tənzimlənməsi, təzyiqlərin nəzarətdə saxlanılması, baş verən hər hansı qəza hadisəsinin anındaca aradan qaldırılması müvafiq şöbələr tərəfindən idarə olunur.

OXŞAR XƏBƏRLƏR
Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

XƏBƏR LENTİ
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
Menyu