http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar

16 Sentyabr 2024 , 12:19
İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar

İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinə paytaxt ərazisində müxtəlif vaxtlarda 100 nəfərdən artıq şəxsin aldadılaraq külli miqdarda maddi vəsaitlərinin mənimsənilməsi barədə şikayətlər daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu