http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakı hava limanı Karbon Akkreditasiyası proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub

16 Sentyabr 2024 , 15:04
Bakı hava limanı Karbon Akkreditasiyası proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci Səviyyə (“Reduction”) sertifikatına layiq görülüb.

Bakı hava limanından "Operativ Media"ya bildirilib ki, bu akkreditasiya son üç ildə karbon tullantılarının azaldılmasını təsdiq edərək Heydər Əliyev Beynəlxalq Aeroportunun dayanıqlı inkişaf və iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə strateji addımını nümayiş etdirir.

ACA proqramı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən yaradılıb və hava limanlarında karbon tullantılarının azaldılmasına yönəlmiş yeganə ixtisaslaşmış proqramdır. Bakı hava limanı ilkin mərhələni (“Mapping”) tamamlayaraq 2-ci Səviyyəyə (“Reduction”) nail olub və su təchizatı, istilik, havalandırma, işıqlandırma və kondisionerləşdirmə sistemlərinin modernləşdirilməsini uğurla həyata keçirib. Bu tədbirlər R-22 soyuducusunun və civə buxarının istifadəsini aradan qaldıraraq karbon izinin daha da azaldılmasına töhfə verib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun Azərbaycanın ən işlək hava limanı olaraq, ölkədə ilk dəfə birbaşa 2-ci səviyyə “Azaltma” (“Reduction”) üzrə ACA akkreditasiyasını alması qürurverici bir hadisədir. Qarşıdan gələn COP29 konfransının nümayəndələrinin əsas gəliş məntəqəsi olaraq, bu akkreditasiya hava limanı sənayesinin iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün dünya miqyasında göstərdiyi davamlı səyləri əks etdirir. Birbaşa 2-ci səviyyədə sertifikatlaşdırma o deməkdir ki, hava limanı 1-ci və 2-ci kateqoriyalar üzrə tullantıların azaldılması üzərində fəal işləyir və hava nəqliyyatının dayanıqlı gələcəyinə töhfə verir. Bu mühüm nailiyyətə görə bütün komandaya əhsən”, - Avropa Hava Limanları Şurasının (ACI Europe) baş direktoru Olivye Yankovets bildirib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətinin ətraf mühitə minimal təsir göstərməsinə və belə bir hal baş verərsə, onun nəticələrinin minimuma endirilməsinə çalışır. ACA proqramının əsas prinsiplərinə uyğun olaraq, ekoloji təşəbbüsləri inkişaf etdirmək və qlobal davamlılıq məqsədlərinə töhfə verməklə daha yüksək karbon akkreditasiyası səviyyəsinə nail olmaq niyyətindəyik”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.

Hava limanının cari dayanıqlı inkişaf hədəflərinə karbon akkreditasiyası üzrə 3-cü Səviyyəyə (“Optimisation”) yüksəlmək daxildir. Bu mərhələ karbon tullantılarının optimallaşdırılması və bütün maraqlı tərəflərlə fəal əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, ACA proqramı hava limanlarının karbon tullantılarını idarəetmə və azaltma səylərini yeddi sertifikatlaşdırma səviyyəsi vasitəsilə qiymətləndirir və tanıyır: “Xəritəçəkmə” (“Mapping”), “Azaltma” (“Reduction”), “Optimallaşdırma” (“Optimisation”), “Neytrallıq” (“Neutrality”), “Transformasiya” (“Transformation”), “Keçid” (“Transition”) və 5-ci Səviyyə (“Level 5”).

OXŞAR XƏBƏRLƏR
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:26

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Menyu