http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb

17 Sentyabr 2024 , 12:23
İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb

Naxçıvan gömrükçüləri İrandan Türkiyəyə narkotik vasitə aparan yük maşını sürücüsünü saxlayıb.

Bu barədə “Operativ Media"ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə “yuyucu toz” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yük nəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 996,814 qram olan psixotrop maddə - metamfetamin, 7,250 qram olan narkotik vasitə qurudulmuş marixuana, sürücünün üzərində aparılan şəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu