http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

18 Sentyabr 2024 , 17:09
Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Ermənistan tərəfi əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə həqiqətən maraqlıdırsa təkliflərə 70 gün ərzində cavab verməsi özlüyündə müəyyən suallar doğurur. Yəni, sülh müqaviləsinin əksər bəndləri üzrə tərəflər arasında müəyyən razılıqlar vardır, amma hələ də aparılmalı olan işlər göz qarşısındadır. Bu, ilk növbədə, Ermənistanın Konstitusiyası ilə əlaqədar olan məsələlərdir.

"Operativ Media" AzTV-yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

“Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalıdır. Ermənistanın Konstitusiyasına dəyişikliyi məsələsi onun daxili işi sayılsa da, orada Azərbaycana qarşı ərazi iddialarının olması, təbii ki, Azərbaycanı narahat edən bir məqamdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Sülh müqavilələrinin hər hansı bir hökumətlə deyil, xalqla imzalandığını da diqqətə çatdıran Azərbaycan Prezidentinin köməkçisi əlavə edib: “Bizim də gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olunması üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməlidir. Erməni xalqı da nəhayət ki, öz mövqeyini bildirərək məlum Miatsum, yəni, Qarabağı Ermənistanla birləşdirmək kimi utopik iddialarına, bütün ərazi iddialarına, irtica siyasətinə son qoyulduğunu və Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusion əsasda ifadə etməlidir və ümumxalq referendumunda öz mövqeyini bildirməlidir. Hesab edirik ki, bundan sonra proses irəliyə doğru daha sürətlə gedə bilər”.

OXŞAR XƏBƏRLƏR
Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

XƏBƏR LENTİ
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
  • 19:10

    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Menyu