http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Məhkəmə “Emiland” şirkətini cərimələyib

20 Sentyabr 2024 , 11:31
Məhkəmə “Emiland” şirkətini cərimələyib

“Emiland” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Emiland” MMC-nin nizamnamə kapitalı 103 270 manat, qanuni təmsilçisi Hüseynov Hikmət Nazim oğludur. Mağazalar şəbəkəsi kişi geyimlərinin satışını həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
  • 13:32

    Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar
  • 13:10

    Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
  • 13:00

    “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Menyu