http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

20 Sentyabr 2024 , 14:26
“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

Məşhur restoranlar şəbəkəsi “Burger King”in Azərbaycandakı françayzi “Anar Food” MMC əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının və göstərişlərinin yerinə yetirilməməsinə görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 min manat məbləğində cərimə edilir.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Burger King”in françayzi olan “Anar Food” MMC 30.08.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Sabit Orucov. ev 13, m. 169-da yerləşir. Şirkətin qanuni təmsilçisi Abbas Mirzə Hikmət oğludur.
 

OXŞAR XƏBƏRLƏR
Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb

Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:24

    Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
  • 16:17

    Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
  • 16:09

    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
Menyu