http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

23 Sentyabr 2024 , 15:21
Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

“HAYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Goranboy rayon prokurorluğunda araşdırma aparılıb.

Goranboy rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

OXŞAR XƏBƏRLƏR
Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb

Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb

ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb

Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub

Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub

XƏBƏR LENTİ
  • 17:23

    Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb
  • 17:13

    Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
  • 17:11

    ADY bu gündən loyallıq proqramının tətbiqinə başlayıb
  • 17:03

    Bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub
  • 17:00

    Dəmiryolunda gediş haqqı artacaq
    Dəmiryolunda gediş haqqı artacaq
  • 16:52

    Sentyabrın ikinci ongünlüyündə havanın temperaturu iqlim normasından 5.2 dərəcə yüksək olub
  • 16:47

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB 2
  • 16:43

    Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Menyu