http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

ADY: 1 ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək

23 Sentyabr 2024 , 17:29
ADY: 1 ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək

ADY 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. 

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları"nın Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov xidmət sahəsində tətbiq olunacaq yeniliklərlə bağlı keçirilən brifinqdə bildirib:

“Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur,  Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

XƏBƏR LENTİ
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
  • 19:10

    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
  • 18:54

    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
  • 18:39

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlanıb
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Menyu